Author: admin

  • NAZİR MÜAVİNİ TƏYİN OLUNDU

    NAZİR MÜAVİNİ TƏYİN OLUNDU

    musavat.com xəbər verir ki, Keçmiş komediyaçı Aleksey Reva rəqəmsal inkişaf, transformasiya və rəqəmsallaşdırma məsələləri üzrə Ukrayna müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

    Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Revanın əsas fəaliyyət istiqaməti Ukrayna Silahlı Qüvvələrinin tələbatları üçün rəqəmsal platformaların qurulması və onların işinin təmin edilməsi olacaq. Poltavada anadan olan Aleksey Reva Poltava Politexnik Universitetində təhsil alıb və elmi fəaliyyətlə məşğul olub.

    O, eyni zamanda yumorist kimi də tanınır. 2015-ci ildə “Komiki güldür” şousunun qalibi olan Reva, həmçinin “Mamaxoxotala” yumoristik studiyasında aktyor və ssenarist kimi fəaliyyət göstərib. Hərbi əməliyyatlar başladıqdan sonra sabiq komediyaçı və onun əkiz qardaşı ərazi komplektləşdirmə mərkəzlərinin (Ukraynada hərbi komissarlıqların analoqu – red.) sıralarına qoşulublar. Daha sonra o, ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə keçib. Reva hərbi qurumda proqram təminatının hazırlanması prosesində də iştirak edib.

    Xatırladaq ki, avqustun 19-da Yevgeni Xmara Ukraynanın yeni müdafiə naziri təyin olunub. Onun bu vəzifəyə namizədliyi Ali Rada tərəfindən dəstəklənib. İyul ayında isə Ukrayna Prezidenti Volodimir Zelenskinin qərarı ilə Yevgeni Fyodorov ölkənin müdafiə idarəsinin rəhbəri vəzifəsindən azad edilmişdi.

  • Hello world!

    Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!